İdeya və layihə müəllifi
Asif Sevindik oğlu Muradzadə 1969-cu ildə anadan olub. Əslən Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun Ağdü kəndindəndir. Azərbaycan Texnologiya İnstitutunu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində və Azərbaycan Respublikası Vergilər Nazirliyində müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. Hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşıdır.
"Qara Yelkən" və "Zəngəzur. İblis eşqi" romanlarının müəllifidir.