1918-ci ildə Azərbaycan Respublikasının ərazisi 114 min kv kilometr olub. İndi isə 86 min kv
kilometrdir. Gör əlimizdən nə qədər torpaqlar gedib.
Heydər Əliyev
Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları,
nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.
İlham Əliyev
XX əsrdə Qərbi Azərbaycanda başlanmış soyqırımlar türk yaşayış məskənlərinin dağıdılması
və bölgə
əhalisinin erməniləşdirilməsi ilə nəticələndi. Bu, eyni zamanda, mədəniyyətimizə qarşı müharibə,
çoxəsrlik
irsimizə edilmiş qəsd idi. Viran qalan kəndlərimizlə bərabər toponimlərimiz, şəhərlərimizin və
kəndlərimizin adı rəsmi olaraq dəyişdirildi, izlərimiz də torpaqlarımızdan silindi.
Təqdim olunan layihəmiz dədə-baba yurdumuz olan Qərbi Azərbaycandakı mədəni-tarixi
izlərimizin bərpasına və
qorunmasına yönəlmişdir. Əsas məqsədimiz tarixi torpaqlarımızda erməni barbarlığı nəticəsində silinmiş
toponimlərimizin bərpası ilə çoxəsrlik qan yaddaşının qaytarılması, gənc nəsildə bu istiqamətdə
məlumatlılığın formalaşdırılması və beynəlxalq ictimaiyyətə həqiqətlərin çatdırılmasıdır.
Sayt özündə dörd istiqaməti ehtiva edir:
1988-ci ildə əzəli, əbədi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın evləri
üzərində ailə başçısının ad və soyadı, ərazidəki toponimlər, 1918-1920-ci illərdə ermənilər tərəfindən
dağıdılmış, xaraba kəndlər və Ermənistan Respublikası ərazisində azərbaycanlılara məxsus yaşayış
məskənlərinin dəyişdirilmiş-erməniləşdirilmiş yer adları.
Məqsədimiz sayt vasitəsi ilə tarixi həqiqətləri üzə çıxartmaq, ermənilərin azərbaycanlılara qarşı
etdikləri etnik-tarixi təmizləməni dünyaya çatdırmaq və onların əməllərini ifşa etməkdir.
44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən və 23 saatlıq uğurlu anti-terror
əməliyyatından sonra
Qarabağımıza qovuşduğumuz kimi Qərbi Azərbaycanımıza da qovuşmağımızın bir addımlığındayıq.
Təqdim etdiyimiz bu virtual xəritə dədə-baba torpaqlarımızdan didərgin düşən, deportasiyaya uğrayan və
böyük
faciələr yaşayan soydaşlarımız üçün onların qayıdışına işıq saça bilər.
Biz diqqətdən yayınan
toponimlərimizin yerləşdirilməsi və xəritədə ola biləcək hər hansı bir çatışmamazlıqla əlaqədar Qərbi
Azərbaycandan olan soydaşlarımızı əməkdaşlığa dəvət edirik.
Son olaraq bu işdə əməyi keçən, bizə kömək edən hər bir şəxsə öz təşəkkürümüzü
bildiririk!